Yunanıstanda telekanala bombalı hücum

14:00 | 17.12.2018
Yunanıstanda telekanala bombalı hücum

Yunanıstanda telekanala bombalı hücum

Yunanıstanın paytaxtı Afina şəhərində özəl televiziya kanalının binasına saat mexanizmli bomba ilə hücum edilib.

"Ölkə.Az” xəbər verir ki,”SKAİ” kanalına edilən hücum nəticəsində binaya ciddi ziyan dəyib.

Hadisədən 45 dəqiqə əvvəl başqa bir telekanal və xəbər portalına bomba ilə əlaqəsi olduğu ehtimal edilən bir insan tərəfindən xəbərdarlıq edilib.

Polisə edilən telefon zəngindən sonra yunan polisi hərəkətə keçib və telekanalın binasını boşaldıb. Binanın qarşısındakı "Poseydon” bulvarı bağlanıb və təhlükəsizlik tədbirləri görülüb.

Partlayışdan sonra isə ətrafda panika baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ölkədə ara-sıra ifrat sol görüşlü qruplaşmalar tərəfindən belə hücumların edildiyi bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM