Zakir Həsənovdan zabitlərə ŞAD XƏBƏR

11:17 | 21.06.2018
Zakir Həsənovdan zabitlərə ŞAD XƏBƏR

Zakir Həsənovdan zabitlərə ŞAD XƏBƏR

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ərəfəsində 500-ə yaxın zabit dövlətdən mənzillər alacaqlar.

A24.Az xəbər verir ki, bu sözləri Müdafiə Naziri Zakir Həsənov jurnalistlərlə söhbət zamanı deyib.

O bildirib ki, bu mənzillər 20 ildən çox xidmət edən zabitlərə veriləcək: "Artıq siyahı hazırdı, komissiya bu barədə işlər görür. Maliyyə Nazirliyi rəhbərlik edir, bu komissiyaya mən artıq o siyahını görümüşəm. Burda xidməti mənzillərdən söhbət getmir. Burda daimi mənzillərdən söhbət gedir. Həmin mənzillərlə təmin olunacaqlar. İl ərzində 300-dən çox zabit xidməti mənzillərlə təmin olunacaqlar. Artıq bunlardan bir qrupu artıq mənzilləri ilə təmin olunublar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti