Ziya Məmmədovun bacısı işdən çıxarıldı

17:26 | 20.09.2017
Ziya Məmmədovun bacısı işdən çıxarıldı

Ziya Məmmədovun bacısı işdən çıxarıldı

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı "Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb. 
Bildirilir ki, xanım direktor işində yol verdiyi nöqsana və  haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb. 

"Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün sözügedən liseylə əlaqə saxlayıb. 

Liseydən bildirilib ki, Məhbubə Məmmədova 3 gündür ki, səhhəti ilə bağlı işə çıxmır: "Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.

Məsələ ilə bağlı Təhsil  Nazirliyinin sektor müdiri Cəsarət Valehov da "Qafqazinfo”ya danışıb. O qeyd edib ki,  hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: "Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”. 

Qeyd edək ki, sabiq nazirin bacısının pedaqoji fəaliyyəti ilə bağlı mətbuatda çoxlu neqativ informasiyalar yayılıb. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Xatırladaq ki, son günlər keçmiş nazir Ziya Məmmədovla bağlı bir- birinin ardınca məlumatlar yayılır. Bildirilir ki,  sabiq nazir Xarici İşlər  Nazirliyinin yanındakı evini də satışa  çıxarıb. Onun oğlu Anar Məmmədovla birgə xaricə köçmək istəyinin olduğu da vurğulanır. 

Günel Türksoy

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb