• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Zülmətxana mehmanları

Zülmətxana mehmanları
25.08.2017 21:18
Vahid Qazi

Koreya yarımadasının gecə vaxtı kosmosdan çəkilən məşhur bir şəkli var. Yarımadanın cənub hissəsi çıraqbandı, şimalısa zülmət qaranlıq. Şimali Koreyada sözün iynə gözü boyda azadlığı yoxdu - elə qaranlığın tək səbəbi də budu!



Azad sözü boğmaqla biz də özümüzü, ətrafımızı qaranlıq zülmətə qərq edirik. Abşeronun hər neft quyusunu məşələ çevirsək belə işıqlatmayacaq bir qaranlığa.

"Əlcəzirə” kanalı iyirmi neçəsə ərəb ölkəsində mövcud olan minlərlə TV, radio, qəzet, agentliyin cəmindən daha böyük informasiya mənbəyidi. Bütün dünya ərəbi "Əlcəzirə”də eşidir. Niyə? Sözü azad deyir, ona görə!




Dünyada səsinin eşidilməsini istəyirsənsə, söz və ifadə azadlığına meydan verəcəksən. Çünki dünyada yalnız sərbəst ifadə olunan sözə inanır, dəyər verir, eşidirlər.

Anar Məmmədxanlının "day.az” saytı ümumrus media arealında boy verməyə başlamışdı. "Zerkalo” bütün Qafqazda ən iri rusdilli qəzet idi. "Turan” İnformasiya Agentliyi dünyanın aparıcı mətbuatının, analitik araşdırma mərkəzlərinin istinad mənbəyiydi. Onlar buna öz səhifələrində sözün cilovunu azad buraxmaqla nail olmuşdular.

"Dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də susur”, deyə car çəkirik. Hansı haqla dünyadan ədalət istəyirik? "Dünya ictimaiyyəti”nin ədalətli sözün yanında durduğunu bilə-bilə.

"Azərbaycan həqiqətləri”ni beynəlxalq aləmə nəylə çatdırırıq? Səsi mikrorayona yetməyən "Səs” qəzetiyləmi?

"Turan” azad mətbuatımızın qaranquşlarındandı. İndi ocağın son şöləsi kimidi. Azad mətbuat ocağımızı Zərdabi üfürə-üfürə közərdib, Mirzə Cəlil alovlandırıbsa, Mehman Əliyev də bu anadək qoruyub.

Bu gün Mehman Əliyevi həbs edib, "Turan”ı qapadırıq. Həm dövlət, həm də xalq olaraq.

Əslindəsə özümüzü zülmətxanaya salırıq. Elə zülmət dünyasına ki, oradan heç bir mehmanın xilasına təminat yoxdu.

Qapadanların belə… 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol