Anews.az "Hürriyet”ə istinadən xəbər verir ki, hadisə zamanı salondakı müxbirlərin çölə çıxmasına icazə verilməyib. Bir neçə dəqiqə sonra isə Tramp geri qayıdıb və Ağ Evin binası yaxınlığında bir nəfərin vurulduğunu açıqlayıb. O, təhlükəsizlik qüvvələri tərəfindən vurulan şübhəlinin silahlı olduğunu və xəstəxanaya aparıldığını bildirib.
Şübhəlinin Ağ Evə nə qədər yaxın olduğunu bilmədiyini söyləyən Tramp, salondan çıxarıldıqdan sonra bunkerə deyil, Oval Ofisə aparıldığını bildirib.
"Dünyanın hər zaman belə təhlükəli bir yer olması çox təəssüf doğurucudur. Düşünürəm ki, bu, bir müddət də belə davam edəcək” ,- deyə Amerika lideri qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !