"... başını kəsəsən" - Səidə Taciri yıxıb-sürüdü

14:23 | 10.11.2017

"... başını kəsəsən" - Səidə Taciri yıxıb-sürüdü

"Heç vaxt ərə getmək üçün özümü öldürmürəm. Elə-belə kişiyə ərə getməyəcəm. Mənim ailə quracağım oğlan zəif olmamalıdır”.

Bu sözləri müğənni Səidə Sultan "Səhər-səhər” verilişində deyib.

Sənətçi ona ünvanlanan "Niyə ailə qurmursan” sualına əsəbiləşib:

"Bilirəm ki, yaş gedir. Elə zəmanədə yaşayırıq ki... Bu saatda ürəyim istəyəni edib ərə getmək mənim üçün problem deyil. Amma o ailədən ailə olmayacam. Elə ad olsun ki, Səidə də ərə getdi? İnsan kasıb da olar, hər şey pul deyil. Əsas odur ki, kişi mən istəyən olsun. Bəsdirin ərə getməkdən danışdınız”. 

Səidə müğənni Tacir Şahmalıoğlunun "Oğluma müğənni qızı almaram” sözlərinə sərt reaksiya verib:

"Bizdə bir anlayış var, "müğənnidir”, müğənni ilə ailə qurmaq eyib bilinir. Eləsinin başını kəsəsən. Tacir deyir ki, müğənni qız ilə gəzmək olar, amma onu almaq olmaz. Niyə? Bu nə sözdür? Subyektiv fikrini özünə saxlasın, düzgün söz deyil, ayıbdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti