Kulis.Az-ın yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslardan ibarət 78 şəxs arasında keçirdiyi sorğu yekunlaşıb. Sorğuda iştirak edənlərdən “Azərbaycan ədəbiyyatının ən yaxşı üç romanı”nı seçmək xahiş edilmişdi. 60-ci illər nəslini təmsil edən Xalq Yazıçılarımızdan başlayaraq müasir dövrün yazıçılarına son bir neçə ədəbi nəslin rəyi alınmışdır. Siyahıda tənqidçi və ədəbiyyatşünasların geniş şəkildə təmsil edilməsinə də xüsusi fikir verilmişdir. Bəzi şəxslər sorğuda iştirakdan könüllü şəkildə imtina etmiş, bəziləri ilə əlaqə saxlamaq mümkün olmamışdır. Rəyi soruşulan 78 nəfər 228 səs vermişlər. İştirakçıların bəziləri üç əvəzinə bir, yaxud iki əsərin adını qeyd etməklə kifayətləniblər. Bəzi yazıçılar isə 4 və ya 5 əsərin adını çəkiblər. Ümumilikdə, 70 əsərin adı çəkilib. Bəzi şəxslər ədəbiyyatşünaslığın povest kimi qiymətləndirdiyi əsərləri şəxsi mülahizələrinə görə roman hesab etdiklərini deyiblər. Misal üçün, “Danabaş kəndinin əhvalatları”, “Qanköçürmə stansiyası”, “Dəyirman”, “Ağ liman”, “Dantenin yubileyi” və s. Ümumən, povest kimi qəbul edilən əsərlər ayrıca qeyd edilmişdir. Bu kontekstdə iki pyes də roman kimi qəbul edilərək iştirakçıların xahişi ilə qeyd edilmişdi.İsa Hüseynovun 1950-ci illərdə çap edilmiş "Yanar ürək" romanına 30 il sonra geri qayıdaraq onu əsaslı şəkildə yenidən işləyərək "İdeal" adlı ilə çap etdirib. Sorğunun emal prosesi zamanı hər iki variantı ayrıca dəyərləndirməyi qərara almışıq. Çünki iştirakçılar da konkret şəkildə ya romanın əvvəlki "Yanar ürək ", ya da sonrakı- "İdeal" variantını qeyd ediblər. Sorğunun nəticələrinə görə Azərbaycan ədəbiyyatının üç ən yaxşı romanı müəyyənləşdirilib. Birinci yeri Yusif Səmədoğlunun 1984-cü ildə çap edilmiş “Qətl günü” romanı tutub: 40 səs. Qurban Səid imzası ilə çap edilən “Əli və Nino” romanı isə ikinci olub: 25 səs. Üçüncü yerdə İsmayıl Şıxlı “Dəli Kür” romanı ilə qərarlaşıb: 16 səs. Nəticələrə əsasən növbəti yerlər isə bu cür formalaşıb: 4. İsa Hüseynov "İdeal" - 12 5. İsa Hüseynov "Məhşər" - 10 6. Kamal Abdulla "Yarımçıq əlyazma" - 9 7. Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları" - 78. İsa Hüseynov "Yanar ürək" - 59. Sabir Əhmədli "Dünyanın arşını" - 510. Anar "Beşmərtəbəli binanın altıncı mərtəbəsi" - 511. Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı" - 512. Yusif Vəzir Çəmənzəminli "Qan içində" - 513. Elçin "Mahmud və Məryəm" - 4 14. Məmməd Səid Ordubadi "Dumanlı Təbriz" - 3 15. Məmməd Səid Ordubadi "Qılınc və qələm" - 3 16. Sabir Əhmədli "Qanköçürmə stansiyası" - 3 17. Elçin "Ölüm hökmü" - 3 18. Yusif Vəzir Çəmənzəminli "Studentlər" - 2 19. Mirzə İbrahimov "Gələcək gün" - 220. Fərman Kərimzadə "Qarlı aşırım" - 2 21. Ənvər Məmmədxanlı "Babək" - 222. İlyas Əfəndiyev "Geriyə baxma, qoca" - 2 23. İsa Hüseynov "Teleqram" - 224. Çingiz Hüseynov "Fətəli fəthi" - 2 25. Əkrəm Əylisli "Mənim nəğməkar bibim" - 226. Mövlud Süleymanlı "Köç" - 227. Seyran Səxavət "Nekroloq" - 328. Afaq Məsud "Azadlıq" - 229. Səfər Alışarlı "Maestro" - 2 30. Seymur Baycan "18,6 sm" - 231. Şərif Ağayar "Haramı" - 2 32. Mirzə Fətəli Axundov "Aldanmış kəvakib" - 1 33. Hacı Zeynalabidin Marağayi "İbrahim bəyin səyahətnaməsi" - 134. Yusif Vəzir Çəmənzəminli "Həzrəti Şəhriyar" - 135. Məmməd Səid Ordubadi "Qanlı illər" - 1 36. Cəlil Məmmədquluzadə "Ölülər" - 137. Süleyman Rəhimov "Saçlı" - 1 38. Əli Vəliyev "Budağın xatirələri" - 139. Fərman Kərimzadə "Xudafərin körpüsü" - 1 40. Mir Cəlal "Bir gəncin manifesti" - 141. Həsən Seyidbəyli "Cəbhədən cəbhəyə" - 142. İsi Məlikzadə "Qırmızı yağış" - 143. Salam Qədirzadə "46 bənövşə" - 144. Sabir Əhmədli "Yamacda nişanə" - 145. Sabir Əhmədli "Yasaq edilmiş oyun" - 1
46. Sabir Əhmədli "Yasamal gölündə qayıqlar üzürdü" - 1
47. Sabir Əhmədli "Axirət sevdası" - 1 48. İsa Hüseynov "Saz" - 1 49. İsa Hüseynov "Doğma və yad adamlar" - 150. Anar "Macal" - 151. Anar "Ağ liman" - 152. Anar "Ağ qoç, qara qoç" - 1 53. Anar "Dantenin yubliyeli" - 154. Əkrəm Əylisli "Ətirşah Masan" - 1 55. Kamal Abdulla "Sehrbazlar dərəsi" - 156. Kamal Abdulla "Unutmağa kimsə yox" - 1 57. Mövlud Süleymanlı "Dəyirman" - 158. Natiq Rəsulzadə "Xunxarlar" - 159. İlqar Fəhmi "Bakı tarixindən kollaj" - 160. Həmid Hersiçi "Nekroloq" - 1 61. Nəriman Əbdülrəhmanlı "Yolçu" - 1 62. Mübariz Cəfərli "Bərpaçı" - 1 63. Seymur Baycan "Quqark" - 1 64. Aleksandr Zöhrabbəyov "Şirvanşahlar" - 1 65. Zahid Sarıtorpaq "Əlifba bayramı" - 1 66. Qan Turalı "Mustafa" - 167. Mirmehdi Ağaoğlu "Küləyi dişləyən" - 1 68. Mahir Qarayev "Nobel mükafatı" - 169. Aydın Talıbzadə "Kəpənək modeli 102" - 170. Aqşin Yenisey "Göləqarğısancan" - 1
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !