Türkiyədə korrupsiya ilə mübarizə çərçivəsində iri əməliyyat keçirilib.
ANS PRESS Türkiyə mətbuatına istinadən bildirir ki, həbs olunan 37 nəfərin üçü Ərdoğan komandasında yer alan nazirlərin oğullarıdır.
Hüquq-mühafizə orqanları İstanbulda və Ankarada reyd aparıblar, amma prokurorluq əməliyyatın nəticələri barədə rəsmi məlumat yaymayıb. Amma ilkin məlumatlara görə, daxili işlər naziri Müəmmər Gülərin, iqtisadiyyat naziri Zəfər Çağlayanın və ekologiya naziri Ərdoğan Bayraktarın oğulları iri məbləğdə rüşvət almaqda günahlandırılırlar. Onları dövlət tenderlərinin keçirilməsi zamanı rüşvət almaq ittihamı ilə tutublar.
Tutulan 37 adamın içində tanınmış türk iş adamları da var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !