1-ci instansiya hakimlər sədrlərdən, yuxarı məhkəmələrdən asılı edilir - Video

16:04 | 23.02.2024
1-ci instansiya hakimlər sədrlərdən, yuxarı məhkəmələrdən asılı edilir -  Video

1-ci instansiya hakimlər sədrlərdən, yuxarı məhkəmələrdən asılı edilir - Video

Məhkəmələrdə 1-ci instansiya hakimlər sədrlərdən,onlar da yuxarı məhkəmələrdən asılı edilir. Bunu deputat Zahid Oruc deyib. 
 
"Təəssüf ki, hakimlərin müstəqlliyindən danışılanda onların yalnız siyasi və inzibati orqanların, ictimai institutların, media və xarici təşkilatların müdaxiləsindən azad olunmasından danışılır. Halbuki bizim məhkəmələrdə 1-ci instansiya məhkəmə hakimləri sədrlərdən, onlar da öz növbəsində yuxarı məhkəmələrdən hər gün daha çox asılı edilir və beləliklə, gücləndirilən mərkəzləşmə üç pillələli mühakimə təsisatını faktiki bir pilləli məhkəmə sisteminə çevirib. Elə bilin, hərbi kazarma qaydalarında olduğu kimi hər bir hakim işin sonunda "məsləhətləşməyə çıxır, məruzələr edir və yekunda ona verilən göstərişi qərara çevirirlər”.
Məgər  məhkəmə sistemində ierarxiya ləğv olunub və bütün mülki, inzibati, yaxud cinayət işləri üzrə qurumlar vahid hərbi sistemə keçiblər? Onda kim zəmanət verir ki, bir Ali Məhkəmənin məhdud tərkibli heyətinin diktatı 540-dan artıq hakimin iradəsini, hüquqi peşəkarlığını və apardıqları araşdırmaları əvəz edə, daha ədalətli qərarlar çıxara bilər? Heç kəs ona təminat verə bilməz", - deputat fevralın 23-də Milli Məclisdə  "Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 
Deputat qeyd etdiyi iradları əsas gətirərək vurğulayıb ki, məhkəmələrin ictimai nüfuzu buna görə yüksək deyil.

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM