1-ci mikrorayonun yenidən qurulması ilə bağlı AÇIQLAMA

23:55 | 19.09.2017
1-ci mikrorayonun yenidən qurulması ilə bağlı AÇIQLAMA

1-ci mikrorayonun yenidən qurulması ilə bağlı AÇIQLAMA

"Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakının 1-ci mikrorayonunun yenidən qurulması ilə bağlı hazırlıq işləri aparılır”.

anews.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, dövlət məsələ ilə bağlı icazə verib, qərar çıxarıb.

A. Şərifovun sözlərinə görə, müvafiq işlər özəl şirkətlər və Fövqəladə Hallar Nazirliyi tərəfindən icra olunacaq: "Bunun üçün vəsait, özəl şirkətlər tapılmalıdır. Bakıda 1-ci mikrorayonun yenidən qurulması eksperiment məsələsi deyil. Burada 20-yə yaxın bina var. Bir binanı sökməklə məsələ bitmir. Elə bir vəsait toplanmalı və qarantiya olmalıdır ki, bu evlər bir tərəfdən söküləndə, digər tərəfdən tikilsin”.

Baş nazirin müavini qeyd edib ki, işlər paralel şəkildə həyata keçirilməlidir: "Evləri sökməklə iş bitmir. 

Sökmək asandır, amma insanları başqa yerdə yerləşdirmək lazımdır. Onların övladları yaxın məktəblərdə oxuduğundan yaxın yerdə yerləşməli, vəsait ödənilməlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM