1 həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

12:32 | 13.05.2024
1 həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

1 həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

2024-cü ilin 6-12 mayında işğaldan azad olunmuş ərazilərdə 880.3 hektar ərazi minalardan təmizlənib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.
 
Məlumata əsasən azad olunan ərazilərdə 32 tank əleyhinə mina, 6 piyada əleyhinə mina, 358 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Aygün Mirakif
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM