1 milyon mənimsəyən eks-deputat qızı belə saxlanıldı -VİDEO

19:10 | 26.05.2020
1 milyon mənimsəyən eks-deputat qızı belə saxlanıldı -VİDEO

1 milyon mənimsəyən eks-deputat qızı belə saxlanıldı -VİDEO

Türkiyə polisi özünü keçmiş millət vəkilinin qızı kimi tanıdaraq dələduzluq edən Xalidə M. adlı qadını saxlayıb.

"Qafqazinfo”nun  verdiyi xəbərə görə, Ankarada dələzudluq və soyğunçuluq cinayətləri ilə mübarizə aparan polis şöbəsi daxil olan çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlayıb. 

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat çərçivəsində "Azərilər Dayanışma Derneyi” adlı təşkilatın üzvü olan və bu təşkilat vasitəsilə insanları aldadaraq onlardan təxminən 1 milyon lirə mənimsəyən Xalidə M. saxlanılıb. 

İstintaqla Azərbaycan əsilli qadının Türkiyəyə 8 il öncə turist olaraq gəldiyi və Azərbaycanda dələduzluq faktına görə axtarışa verildiyi müəyyənləşdirilib.
 
Həmçinin məlum olub ki, o, Rusiyada universitetdə təhsil alıb və 3 dil bilir. Anası ötən illərdə Rusiyada millət vəkili kimi fəaliyyət göstərib. 

Bundan əlavə, Xalidə M.-nin bir çox insanı evlilik vədi ilə aldatdığı da bəlli olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM