"ICTnews" elektron xəbər xidməti "planetiphone.ru" saytına istinadən bildirir ki, rəsmi məlumata əsasən, şirkət 1 milyondan çox iş yeri yaradıb, həmçinin tərtibatçılara təxminən 380 min lisenziya verib.
Ümumilikdə "Apple" ötən müddət ərzində tərtibatçılara 25 milyard dollardan çox vəsait ödəyib ki, bu da rekord göstəricidir.
"Apple Store" pərakəndə ticarət mağazalarının payına təxminən 30 min iş yeri düşür. "Apple", həmçinin "AppleCare" texniki dəstək xidmətinə təxminən 19 min iş yeri ayırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !