1 tondan çox narkotik məhv edilib -FOTOLAR

20:31 | 06.06.2020
1 tondan çox narkotik məhv edilib -FOTOLAR

1 tondan çox narkotik məhv edilib -FOTOLAR

Balakəndə 1 tondan çox narkotik məhv edilib.

Bu barədə "Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala   kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM