2023-cü ilin oktyabrında "Bakı metropoliteni"QSC-dən 518 min 897 nəfəri güzəştli olmaqla, 21 milyon 184 min 895 sərnişin istifadə edib. Bu barədə "Bakı metropoliteni"QSC-dən məlumat verilib.
Məlumata görə, ay ərzində orta statistik gündəlik sərnişindaşıma 683 min 384 nəfər təşkil edib.
Metropolitenə ən çox sərnişin oktyabrın 2-də (786 min 519), ən az isə 1-də (403 min 284) daxil olub.
2019-cu ilin - "COVID-19” pandemiyası elan edilənə qədər olan sonuncu ən çox sərnişin daşınan ilin eyni ayı ilə müqayisədə 6 faiz az, əvvəlki - 2022-ci ilin oktyabrına nəzərən 2.6 faiz çox sərnişin metropolitenin xidmətindən istifadə edib.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni üç xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 istismar stansiyasından ibarətdir.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !