10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb

15:33 | 20.07.2015
10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb

10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb

Yoxlamaların bundan sonra da davam etdiriləcəyi bildirilir


Bərdə və Yevlax rayonlarında 10 ət kəsimi məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə "Report"a Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov məlumat verib. O qeyd edib ki, havaların istiləşməsi ilə əlaqədar rayonlarda ət kəsimi məntəqələrinə nəzarət artırılıb. 

Rəis xatırladıb ki, ət kəsimi yerləri baytarlar tərəfindən vaxtaşırı yoxlanılır: "Yoxlamalar zamanı sanitar normaların pozulması halları da aşkarlanıb. Bununla bağlı qanun çərçivəsində addımlar atılıb. Yevlaxda 6 ət kəsimi obyektinin fəaliyyəti baytar-sanitar normaların pozulması səbəbindən dayandırılıb. Hazırda onlar fəaliyyət göstərmirlər".

Bərdədə isə 4 analoji obyektin fəaliyyəti dayandırılıb. 

Hər iki rayonda fəaliyyət göstərən ət kəsimi məntəqələrində yoxlamaların bundan sonra da davam etdiriləcəyi bildirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM