ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İŞİD-ə qatılan fransız əsgərlərin İraq və Suriyada döyüşdüklərini təsdiq edən faktlar ortaya çıxıb.
Fransa ordusunun adının açıqlanmasını istəməyən səlahiyyətli şəxsi bu durumdan Müdafiə Nazirliyinin narahatlıq keçirdiyini bildirib və əlavə edib: "Bizim dərdimiz keçmiş hərbçilərin hazırkı durumu deyil. Dərdimiz təhlükəsizlik qüvvələrimiz arafsında radikallaşma prosesini əngəlləyə bilməkdir".
Fransa müdafiə naziri Jean-Yves Le Drian bununla bağlı açıqlama vermək istəməyib. O, jurnalistlərə "Keçmiş hərbçilər arasında ifrata varmaq halları olduqca nadir hadisədir" - ifadəsini işlədib.
Fransa Müdafiə Nazirliyi adından verilən rəsmi məlumatda İŞİD-in döyüşçü toplama fəaliyyətinin yaxından təqib edildiyi, bunu üçün kəşfiyyat bölməsinə daha 65 işçinin götürüləcəyi yer alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !