10 il "fast-food" yedi kar və kor oldu - dünya bu gəncdən danışır

23:57 | 03.09.2019
10 il

10 il "fast-food" yedi kar və kor oldu - dünya bu gəncdən danışır

10 il ərzində sadəcə fast-foodla qidalanan 17 yaşlı gənc oğlan görmə və eşitmə qabiliyyətini itirib.


Anews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İngiltərədə baş verib.
Məlum olub ki, o 7 yaşından sadəcə kartof qızartması, çips, ağ çörək və işlənmiş ətlə qidalanır. Nəticədə gəncdə ciddi vitamin çatışmazlığı yaranmağa başlayıb.

Adı açıqlanmayan gəncin müalicəsini aparan Bristol Universiteti Beynəlxalq Sağlıq Xidmətinin həkimi Dənizə Atan bildirib ki, gənc 14 yaşında olarkən "yorğunluq" şikayəti ilə xəstəxanaya müraciət edib. Müayinə nəticəsində onda B12 çatışmazlığından qan azlığı yarandığı təsbit edilib. 15 yaşında isə eşitmə, ardınca görmə qabiliyyətini itirməyə başlayıb. İki il ərzində vəziyyəti getdikcə ağırlaşan gənc 17 yaşında tamamilə kar və kor olub.(bakupost)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM