10 manatlıq şirkət "Azərişıq" ASC-nin 10 milyon manata yaxın tenderini udub

09:40 | 08.10.2024
10 manatlıq şirkət

10 manatlıq şirkət "Azərişıq" ASC-nin 10 milyon manata yaxın tenderini udub

"Azərişıq" ASC Mehdiabbad yarımstansiyasının elektrik avadanlıqlarının quraşdırılmasına  9.669.631,48 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib. 
 
Tenderin qalibi "SMART ENERGY SERVİCES" MMC-dir.  
 
Şirkət Binəqədi rayonu ərazisində yerləşən 91 saylı(Mehdiabad) 110/35/6 kV-luq 2x40 MVA gücündə yarımstansiyanın elektrik avadanlıqlarının quraşdırılması işlərini həyata keçiriləcək. 
 
Qalib şirkət 2020-ci il dövlət qeydiyyatına alınıb və nizamanə kapitalı 10 manatdır. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM