«Geekbuying.com» saytında 10 nüvəli mobil «Mediatek» prosessoru ilə təchiz edilmiş «Elephone P9000» smartfonunun sifariş səhifəsi yaradılıb.
«Elephone P9000» smartfonu «Full HD» (1920 × 1080 nöqtə) formatlı 5,5 düymlük ekrana malikdir; piksellərin sıxlığı təxminən 400 ppi təşkil edir. Aparat 4 QB əməli yaddaş və 32 QB-lıq fləş modulla təchiz edilib, sonuncunun tutumunu «microSD» kartın hesabına 128 QB-dək artırmaq olar.
Smartfon 16 meqapiksellik əsas kamera və videotelefoniya üçün 13 meqapiksellik ön kamera ilə təchiz edilib.
Bundan başqa, aparat «Wi-Fi 802.11b/g/n» və «Bluetooth 4.0» adapterləri, «GPS» qəbuledicisi, standart sensorlar dəsti və 3100 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. «Android 5.1» mobil əməliyyat sistemi quraşdırılıb.
«Geekbuying.com» saytında Elephone yerləşdirilmiş «P9000» qurğusunun qiyməti 330 ABŞ dolları təşkil edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !