10 vətəndaşın meyit qalıqları eyniləşdirilib- Əli Nağıyev

11:08 | 18.09.2023
10 vətəndaşın meyit qalıqları eyniləşdirilib- Əli Nağıyev

10 vətəndaşın meyit qalıqları eyniləşdirilib- Əli Nağıyev

İlkin düşmüş 10  nəfər vətəndaşın meyit qalıqları eyniləşdirilib. Bunu  "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-polkovnik Əli Nağıyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 9-u hərbçi, 1 nəfəri isə mülki şəxs olub.

" itkilər arasında  əməkdaşımız olan Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovda var. O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb.  Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb", - DTX rəisi bildirib.

O vurğulayıb ki, 30 il əvvəl itkin düşmüş vətəndaşların  taleyinin aydınlaşması ciddi ictimai hadisədir.
 
Aytac Zeynalova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb