100 beyin oğurlandı

23:02 | 03.12.2014
100 beyin oğurlandı

100 beyin oğurlandı

Texas Universitetində təcrübələr zamanı istifadə olunan 100 beyin itib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, beyinlərdən birinin 16 adamı öldürən snayperə aid olduğu açıqlanıb. Austin şəhərindəki Texas Universitetində '' formaldehid'' qablarda saxlanılan təhsil və tədqiqat məqsədləri üçün istifadə olunan beyinlərin bəzilərinin 30 illik olduğu bildirilir.

İtən beyinlərdən biri 1966-cı il avqustun 1-də Texas Universitetinin saat qülləsindən ətrafa atəş açaraq 16 adamı öldürən, 31 nəfəri yaralayan və daha sonra polis tərəfindən öldürülən snayper Çarli Uitmana aid olub.

Qeyd edək ki, beyinlər Austin Dövlət Xəstəxanasından 28 il əvvəl ''müvəqqəti saxlama'' razılaşması çərçivəsində təhsil və araşdırma məqsədiylə götürülüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti