100 il ərzində Misirdə ilk qar - FOTO

23:59 | 13.12.2013
100 il ərzində Misirdə ilk qar - FOTO

100 il ərzində Misirdə ilk qar - FOTO

Bu gün Misirin paytaxtı Qahirəyə və ölkənin digər şəhərlərinə qar yağıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı “NEWSru Israel” saytı yayıb. 

Mənbə bildirir ki, Misirdə belə qar 100 il bundan öncə yağıbmış. Qarın yağması ölkənin Aralıq dənizindəki limanların işində çətinlik yaradıb. 

Ölkə vətəndaşları isə zarafatla deyiblər ki, ölkənin müdafiə naziri Fattah al-Sisi qarı qəsdən yağdırıb ki, eks prezident Məhəmməd Mursinin tərəfdarları nümayiş etməsinlər. 

“The Huffington Post UK” saytının sosial şəbəkələrdə yaydığı qar şəkilləri isə təkcə misirliləri deyil, dünya ictimaiyyətini də heyran edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb