100 min suriyalı inkişaf etmiş ölkələrə sığınacaq

20:02 | 10.12.2014
100 min suriyalı inkişaf etmiş ölkələrə sığınacaq

100 min suriyalı inkişaf etmiş ölkələrə sığınacaq

İnkişaf etmiş ölkələr Türkiyə və digər qonşu ölkələrin məcburi köçkün yükünü azaltmaq məqsədiylə təxminən 100 min suriyalını qəbul edəcək.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, BMT-nin Cenevrədəki ofisində Türkiyə və digər qonşu ölkələrdə olan suriyalı qaçqınların başqa ölkələrə transferi və yenidən məskunlaşması haqqında təşkil edilən konfransda təxminən 40 ölkədən nümayəndə iştirak edib.

Konfransda iştirakçılar qəbul edəcəkləri suriyalı sığınacaq axtaran şəxslərin sayı haqqında öhdəliklərini açıqlayıb. Daha sonra təşkil edilən mətbuat konfransında 2016-ci ilin sonuna qədər 130 min suriyalının inkişaf etmiş ölkələrə sığınmasının təmin ediləcəyi bildirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM