106 çağırışçı niyə evə göndərildi? - Azərbaycanda

11:12 | 17.01.2014
106 çağırışçı niyə evə göndərildi? - Azərbaycanda

106 çağırışçı niyə evə göndərildi? - Azərbaycanda

Təkrarən yoxlanılan çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar ”ANS PRESS-in verdiyi məlumata görə, bunu “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərğahlı deyib. Gənc çağırışçıların yenidən yoxlanacağı haqda yayılan məlumatlara aydınlıq gətirən V. Dərgahlı bildirb ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir: “Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.Xatırladaq ki, “Doktorina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı son məlumatda 2012-ci ilin yanvarından bu günədək Azərbaycan Ordusunun 150-yə yaxın hərbçini itirdiyi qeyd olunur. Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə alınıb: “84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir”.2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub: “İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır”.Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM