Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda bankların və BOKT-ların kredit portfeli 1,8% və ya 421,5 milyon manat artıb.
Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 19 milyard 125,18 milyon manat (artım 18,1%) milli valyuta, 4 milyard 492,8 milyon manat (artım 12,6%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 682,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 42,6 % çoxdur. Bunun 509,7milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.
"TBC Kredit BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Gürcüstanın "TBC Bank Group" şirkətinə məxsusdur.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !