TQDK məlumat yaydı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 6-da keçirilən buraxılış imtahanlarında şagirdlərin aldığı qiymətlərin statistikası açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 9-cu sinif şagirdlərinin 21,65 %-i "Ana dili”ndən "2”, 26,74 %-i "Riyaziyyat”dan "2”, 44,96 %-i "Ana dili”ndən "3”, 39,61 %-i "Riyaziyyat”dan "3”, 20,10 %-i "Ana dili”ndən "4”, 20, 89 %-i "Riyaziyyat”dan "4”, 13,28 %-i "Ana dili”ndən "5”, 12, 76 %-i isə Riyaziyyatdan "5” alıb.
11-ci sinif şagirdlərinin 20, 92 %-i "Ana dili”ndən "2”, 22,03 %-i "Riyaziyyat”dan "2”, 19, 45 %-i "Xarici dil”dən "2”, 22, 49 %-i "Kimya”dan 2 alıb. Şagirdlərin 36,60 %-i "Ana dili”ndən "3”, 35, 13 %- "Riyaziyyat”dan "3”, 43, 41 %- "Xarici dil”dən "3”, 59, 44 %-i "Kimya”dan "3”lə qiymətləndirilib.
24,50 %-i "Ana dili”ndən "4”, 28,16 %-i "Riyaziyyat”dan "4”, 21, 69 %-i "Xarici dil”dən "4”, 12, 45 %-i "Kimya”dan "4” alıb. Şagirdlərin 17,98 %-i "Ana dili”ndən "5”, 14,69 %-i "Riyaziyyat”dan "5”, 15,46 %-i "Xarici dil”dən "5”, 5,62 %-i isə "Kimya”dan "5” alıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !