"11 sentyabr hücumlarını Səudiyyə Ərəbistan maliyyələşdirib" - Fotolar

13:16 | 05.02.2015

"11 sentyabr hücumlarını Səudiyyə Ərəbistan maliyyələşdirib" - Fotolar

ABŞ-da 11 sentyabr 2011-ci ildə baş verən hadisələrə görə, məhbus həyatı yaşayan Zəkəriyyə Musavi Səudiyyə Ərəbistanının kral ailəsinin hücumların təşkili üçün maddi yardım ayırdığını iddia edib.

ABŞ-da ömürlük həbs cəzasına məhkum olan Musavi iddianı Oktyabr ayında vəkillərinə söyləyib. 

Xatırladaq ki, 11 Sentyabr qurbanlarının ailələri Səudiyyə Ərəbistan dövlətinin "Əl Qaidəyə" maddi dəstək verdiyini və təşkilatın 11 Sentyabr hücumlarını reallaşdırmasına kömək etdiyini iddia edirlər. Şikayətçilər arasında hadisə qurbanları ailələri ilə yanaşı, hücumlarda zərər görən bina və işyerlərinin sığorta şirkətləri də var.

""Air Force One"ı endirəcəkdik"


Musavi ifadəsində "aralarında köhnə kəşfiyyat rəhbəri Şahzadə Türki əl Faysalın da olduğu ərəblərin 90-cı illərin sonundan etibarən "Əl Qaidə"yə maliyyə dəstəyi verdiyini bildirib.

Bundan başqa Musavi ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirliyinin səlahiyyətli nümayəndəsi ilə Əfqanıstanda görüşdüyünü, birlikdə Amerikan təyyarəsi olan "Air Force One"ın salma planları haqqında müzakirə apardıqlarını iddia edib.
 
Səudiyyə Ərəbistan rəsmiləri isə "etibarlılığı olmayan, tam hüquqi əsası olmayan, bir cinayətkar tərəfindən ortaya atılan bu iddianı rədd etdiyini" açıqlayıb.

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi də iddiaların 11 sentyabr hücumları ilə əlaqədar daha əvvəlki sübut və dəlilərlə ziddiyyət təşkil etdiyini və Musəvinin əsas məqsədinin "ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərini zədələmək" olduğunu ifadə edib.

11 Sentyabr hücumlarından 1 ay əvvəl vizasındakı problemlərə görə nəzarətə alınan Musəvi, sərnişin təyyarəsilə Ağ Evə hücum etməyi planlaşdıran qrup tərkibində olduğunu söyləmişdi. 46 yaşındakı Fransa vətəndaşı Musavi ABŞ-ın Minnesota ştatında pilotluq dərsləri almış və onun şəxsi hesabına "Əl-Qaidə" terror qruplaşması pul göndərirmiş.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM