11 sentyabr terror aktlarından 20 il ötür

10:48 | 11.09.2021
11 sentyabr terror aktlarından 20 il ötür

11 sentyabr terror aktlarından 20 il ötür

ABŞ-da törədilmiş dəhşətli terror aktlarının bu gün 20-ci ildönümüdür.  2001-ci il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. Faciə nəticəsində təxminən 3 min insan həlak olub. Rəsmi məlumatlarda bildirilir ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında "Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, "Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.


"Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. "American Airlines” və "United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.


Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcminin 36 milyard dollar olduğu açıqlanıb.


11 sentyabr hadisələri ilə əlaqədar bu gün ABŞ-da "Vətənpərvərlik günü” və "Dualar günü” kimi qeyd olunur. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM