11 sentyabrın simvoluna çevrilən qadın öldü

22:18 | 26.08.2015
11 sentyabrın simvoluna çevrilən qadın öldü

11 sentyabrın simvoluna çevrilən qadın öldü

"Əl Qaidə" təşkilatının 11 sentyabrda Dünya Ticarət Mərkəzinə qarşı təşkil etdiyi terror hadisəsi zamanı üst-başı toz içərisində olan və elə bu görkəmi ilə kameralara tuş gələn Marcy Borders 42 yaşında vəfat edib. O, 11 senytabrın simvollarından birinə çevrilmiş və onu dünya daha çox "Toz qadın" kimi tanıyırdı.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, həkimlər həmin vaxt həddindən çox toz udduğuna görə Marcy Bordersin mədə xərçənginə tutulduğunu iddia ediblər.

2 uşaq anası olan qadınların yaxınları onun ölümü ilə bağlı sosial şəbəkədə məlumat verib. Ona 2014-cü ilin aprel ayında xərçəng diaqnozu qoyulub. 

Ötən ilin noyabr ayında ABŞ mediasına müsahibə verən Borders həkimlərin ona qoyduğu diaqnozla və terror hadisəsi zamanı udduğu toz səbəbilə xərçəngə tutulmasından danışıb: "Bu ehtimallara daha çox inanıram. Əvvəllər qətiyyən hər hansı şikayətim olmayıb. Nə qan təzyiqim vardı, nə də xolesterolum yüksək idi".

Qeyd edək ki, Borders 2 min 753 nəfərin öldüyü terror hadisəsi zamanı sağ qalan adamlardan biridir. Hadisədən sonra psixoloji durumu pisləşən qadın içkiyə və narkotik maddə aludəçisinə çevrilmiş, bununla da o, analıqdan da məhrum edilmişdi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti