ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, məzarlıqdakı cəsədlərin İŞİD-in keçən il öldürdüyü təxminən 1700 iraqlı hərbçi olduğu təxmin edilir. Kütləvi məzarlıqlar keçmiş ABŞ qərargahının yaxınlığında tapılıb. BBC-nin xəbərinə görə, cəsədlər DNK testindən sonra ailələrinə təslim ediləcək. Bəzi mənbələrdə İŞİD bu qətliamı yerinə yetirməzdən əvvəl hərbçilərdən məzhəblərini soruşduğu vurğulanır.
Tikrit İraqın keçmiş lideri Səddam Hüseynin doğulduğu yer və əksəriyyəti sünnilərin yaşadığı bir şəhərdir. Şəhər bir ay davam edən bombardmanın ardından bugünlərdə İŞİD terrorçularının əlindən geri alınıb.
Hazırda İraq ordusunun Tikritdən sonra Mosulu azad edəcəyi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !