12 min nəfər əhaliyə ŞAD XƏBƏR

18:26 | 13.12.2019
12 min nəfər əhaliyə ŞAD XƏBƏR

12 min nəfər əhaliyə ŞAD XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib. 
Anews.az bildirir ki, sərəncamda deyilir: 
1. On iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon (on beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb