120 ölkənin gözəlləri Bakıya gəlir - FOTOLAR

10:38 | 05.08.2014
120 ölkənin gözəlləri Bakıya gəlir - FOTOLAR

120 ölkənin gözəlləri Bakıya gəlir - FOTOLAR

"Dünya Azərbaycana gəlir"

Dünyanın 120 ölkəsindən olan gözəllər Bakıya toplaşacaq. Ötən gün Azərbaycanda keçiriləcək 89-cu "Miss Globe International" gözəllik müsabiqəsinin mətbuat konfransı keçirilib. ANS PRESS-in məlumatına görə, tədbir başlamazdan öncə bir dəqiqəlik sükut ilə cəbhə bölgəsində şəhid düşmüş hərbçilərimizin xatirəsi yad edilib.Müsabiqənin avqust ayının 27-i "Crystal hall"da keçirilməsi nəzərdə tutulub. Yarışmaya dünyanın 120 ölkəsindən gözəllər qatılacaq."Miss Globe International"ın direktoru Savaş Ağca sualları cavablandırarkən bildirib ki, hər kəsin özünü rahat, təhlükəsiz hiss etməsi üçün gücləndirilmiş mühafizə qurulacaq: “Müsabiqəyə möhtəşəm şou ilə açılış ediləcək. Həmin gün demək olar ki, bütün dünyanın gözü Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq".Müsabiqədə qonaq qismində tanınmış simalar- Demet Akalın, Gökhan Özen, İnna, Kaan&Radio Killer, Lolita, Gürkan Uygun, Asena və başqaları iştirak edəcəklər. Aparıcı Türkiyənin tanınmış aktrisa və aparıcısı Burcu Esmersoy olacaq. Bundan başqa, tanınmış dəb ustası Barboros Sansal və başqa süpriz adlar da müsabiqəyə təşrif buyuracaqlar.Müsabiqəni işıqlandırmaq üçün Türkiyədən "Kanal D magazin", "Star magazin", "Show Tv magazin", "Tv8 Magazin" proqramlarının çəkiliş qrupu da paytaxtımıza gələcək. Müsabiqənin şüarı "Dünya Azərbaycana gəlir"dir. Dünyaya ev sahibliyi edən və Azərbaycanda keçirilən gözəllik müsabiqəsi canlı olaraq 58 ölkədə yayımlanacaq.120 ölkədən qatılacaq gözəllər avqust ayının 13-ü artıq Bakıya gələcəklər, ayın 26-na qədər Azərbaycanın gözəl güşələrindən olan bir neçə rayonlarında qonaq olacaqlar. "Miss Globe International" ötən il Türkiyədə keçirilib. Braziliya təmsilçisi 1-ci yeri tutaraq ən gözəl xanım adına laiq görülüb.Bu il müsabiqədə ölkəmizi təmsil edəcək 18 yaşlı Banu mətbuat konfransında sualları cavablandırıb və özünə güvəndiyini deyib: “Ən böyük məqsədim qalib olmaqdır. Özümə inanıram və 1-ci olmaq üçün çox çalışacam”. Qeyd edək ki, qalib olan xanıma Türkiyənin Bodrum və ya İstanbul şəhərində ev hədiyyə olunacaq. Digər dəyərli hədiyyələr isə hələ ki, gizli olaraq saxlanılır.Gözəllərin geyimlərinə gəldikdə isə, hər ölkənin modeli milli geyimdə, gəlinlik geyimində, gecə libasında səhnəyə çıxacaqlar. Onlar çimərlik geyimində podiuma çıxmasalar da münsif heyyəti onların bədən quruluşlarını gözdən keçirməsi üçün açıq-saçıq qısa şort və digər geyimlərdə podiumda çıxış edəcəklər. Münsif heyyəti kürsündə oturacaq insanların adları sirr olaraq saxlanılsa da, onların sırasında məşhur stilist, müğənni və digər insanların olacağı bildirilib."Crystal hall"da keçiriləcək müsabiqədə izləyici kimi iştirak etmək istəyənlərə də şad xəbər var. Təşkilatçı Savaş Ağca açıqlamasında bidirib ki, biletlər sərfəli qiymətdə satılacaq: “Səhnəmiz o qədər böyük olacaq ki, arxa, ön və ya yan tərəfdən yerləşmələrinə baxmayaraq səhnədə baş verənləri gözlə görəcəklər. Biletlərin qiymətlərini elə qoymuşuq ki, hər koteqoriyadan olan insanlar əldə edə bilsinlər”.Xatırladaq ki, "Miss Globe International 2014"ün Azərbaycan üzrə rəsmi tərəfdaşı "Z Company 2007" şirkətidir. Müsabiqənin keçirilməsi üçün tərəflər rəsmi şəkildə müqavilə imzalayıblar. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM