120 yarasa evə doluşdu - Foto

14:59 | 11.11.2019
120 yarasa evə doluşdu - Foto

120 yarasa evə doluşdu - Foto

Ukraynanın paytaxtı Kiyevdə yaşayış evlərinin birinin eyvanına yuva salmaq  üçün 120 ədəd yarasa yığılıb.
 
Ren TV-nin məlumatına görə, Kiyev Heyvanların Müdafiəsi Təşkilatı bu barədə Facebook sosial şəbəkəsində paylaşım edib.  
 
Yarasalar səhvən mənzildəki mebelə və divar kağızının altına yığışıblar.
 
Ev sahibi buna səbəb kimi mənzilin istiliyini vurğulayıb. Həmçinin qeyd edib ki, quşlar mənzildə yatmağa da mane olublar.  
 
Başqa yerdə yuva tapmaları üçün yarasalar mənzildən kənarlaşdırılıb. Quşlardan biri isə müalicəyə götürülüb.
 
Tərcümə: Cavid Zahidoğlu
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti