128 giqabayt tutumlu ilk yaddaş kartı

22:45 | 25.02.2014
128 giqabayt tutumlu ilk yaddaş kartı

128 giqabayt tutumlu ilk yaddaş kartı

Barselonada keçirilən "MWC 2014" sərgisində "SanDisk" şirkəti dünyanın ilk 128 giqabayt tutumlu "microSDXC" formatlı yaddaş kartını nümayiş etdirib. Artıq satışa çıxarılan kartın tutumu 16 saatlıq "Full HD" (1080р) formatlı videonu yazmağa kifayət edir.  "MicroSD" ilə müqayisədə qiyməti 200 dollar təşkil edən "microSDXC" formatlı yaddaş kartlarında məlumatların yazılma sürəti iki dəfə yüksəkdir. Əvvəllər bazarda ən tutumlu kart 64 giqabayt tutumlu modellər olub."SanDisk" şirkəti kiçik korpusa iritutumlu məlumatları yerləşdirmək üçün böyük iş görüb. Kartın daxilində bir-birinin üstündə on altı nazik yaddaş bloku yer alıb.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM