anews.az xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatları - Çin, Hindistan, Fransa, İngiltərə və Norveç benzinlə və dizellə hərəkət edən nəqliyyat vasitələrinin istifadəsini müxtəlif tarixlərdə qadağan etməyə hazırlaşır.
Artıq dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin avtomobil istehsalçılarına fosil yanacaqlı nəqliyyat vasitələrinin satışını dayandırmaq və elektrikli avtomobil istehsalını genişləndirmək istiqamətində səylərini artırmağı məsləhət görüb.
Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin hökumətin benzinlə hərəkət edən nəqliyyat vasitələrinin istehsalının və satışının dayandırılması üçün konkret tarixin müəyyən edilməsi istiqamətində iş apardığını açıqlayıb. Qeyd edək ki, Çinin bu qərarı avtomobil sənayesinə böyük təsir göstərəcək.
Fosil yanacağı ilə hərəkət edən nəqliyyat vasitələrini qadağan etməyə hazır olan ölkə təkcə Çin deyil.
Böyük Britaniya da 2040-cı ildən ölkənin havasını təmizləmək üçün benzin və dizellə hərəkət edən nəqliyyat vasitələrinin qadağasını planlaşdırır. Bu arada, bildirək ki, İngiltərə ildə 2.7 milyon nəqliyyat vasitəsinin satışını reallaşdırır. Dünyanın ən böyük avtomobil bazarına sahibdir.
Fransa isə qlobal istiləşməyə qarşı 2040-cı ilə qədər dizel və benzinlə hərəkət edən nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağa hazırlaşır. 2040-cı ildən sonra Fransa yalnız elektrikli, hibritlə hərəkət edən nəqliyyat vasitələrinin satışına icazə verəcək.
Almaniya bu məsələdə niyyəti aydın olan ölkələrdəndir. Hindistan hökuməti isə bu ilin əvvəlində ölkədə 2030-cu ilədək satılan hər bir avtomobilin elektrik mühərrikinə malik olacağını elan edib.
Norveç də elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçid mövzusunda müəyyən tarixə sahibdir. Belə ki, 2025-ci ildə ölkədə satılan hər bir avtomobil və digər nəqliyyat vasitələri dizel və benzinlə hərəkət etməyəcəklər.
Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, yuxarıda göstərilən ölkələrdən başqa, elektriklə hərəkət edən nəqliyyat vasitələrindən istifadəyə keçidi hədəfləyən daha 8 ölkə var. Bunlar Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İspaniya, Yaponiya, Hollandiya və Cənubi Koreyadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !