Martın 2-də "Etihad Airways” şirkəti vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Bakıya birbaşa ilk uçuş olacaq.
Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiyasının sədri Nahid Bağırov məlumat verib. O bildirib ki, BƏƏ-dən Bakıya uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək.
N.Bağırovun sözlərinə görə, "Etihad Airways” şirkətinin rəhbəri ilə görüşlər keçiriləcək.
"İlk uçuş üçün yerlər artıq doludur. Beləliklə, ilk reyslə Bakıya 136 zəngin ərəb gələcək”- N.Bağırov qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !