14 milyonluq kitab - FOTO

09:10 | 27.11.2013
14 milyonluq kitab - FOTO

14 milyonluq kitab - FOTO

ABŞ-ın ilk çap kitabı 14 milyona satılıb. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hərrac Nyu-Yorkda baş tutub. Adının anonim saxlanmasını istəyən alıcı özünü dünyanın ən bahalı çap məhsulunun sahibi hesab edir. Kitab 1640-cı ildə Kembricin puritan cəmiyyətində çap edilib. Kiçik nəşr nümunəsində İncildən surələr yazılıb.

Bu kitab ABŞ ərazisində tipoqrafiya üsulu ilə hazırlanmış ilk kitab hesab edilir. Bu kitabın cəmi 11 nüsxəsi saxlanılıb. Bunlardan ikisi “Old Saut” kilsəsinə, məxsus idi. Kilsə kitabı Allaha xidmət yolunda satmağa qərar verib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM