14 yaşlı qızına təcavüz edən ata 18 il azadlıqdan məhrum edilib

16:45 | 08.07.2024
14 yaşlı qızına təcavüz edən ata 18 il azadlıqdan məhrum edilib

14 yaşlı qızına təcavüz edən ata 18 il azadlıqdan məhrum edilib

13 yaşlı qızıni hədələyərək müxtəlif vaxtlarda 5 dəfə təcavüz edən ata  təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Məhkəmədə dövlət  ittihamçısının təqdim etdiyi ittihama əsasən, təqsirləndirilən şəxsin qızı hər dəfə ona müqavimət göstərib. O isə övladını başını kəsəcəyi ilə hədələyərək istəyinə nail olub. Zərərçəkmiş azyaşlının bir müddət sonra özünü qəribə aparması, qəfil ağlamaları yaxınlarının diqqətini çəkib. Bundan sonra atanın əməllərinin üstü açılıb.
 
Azyaşlı qız planlı şəkildə atasının ona qarşı əxlaqsız hərəkətlər etməsi anlarını telefonla videoya çəkib. Həmin video şikayət ərizəsi ilə birgə polisə təqdim edilib.

Ata polis əməkdaşları tərəfindən saxlanılıb və  ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü seksual xarakterli zorakılıq hərəkətləri (14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə cinayət işi açılıb.

Qızına təcavüz edən ata ibtidai istintaq vaxtı verdiyi ifadəsində əməllərini etiraf etsə də, məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, həyat yoldaşı ilə aralarında problem olub. Bu səbəbdən qadın övladını da onun üstünə şər atmağa məcbur edib.

Məhkəmə əsas sübut kimi təqdim edilmiş videoya baxış keçirib, şahidləri dinlədikdən sonra müttəhimi verilmiş ittihamla təqsirli hesab edib.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM