14 yaşlı uşaq qızılcadan vəfat edib

11:42 | 09.02.2024
14 yaşlı uşaq qızılcadan vəfat edib

14 yaşlı uşaq qızılcadan vəfat edib

Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.

Bildirilir, Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.

İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.

Ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM