15 min şəxsin bacarıqları üzrə işlə təmin olunması planlaşdırılır-Agentlik

16:03 | 15.05.2024
15 min şəxsin bacarıqları üzrə işlə təmin olunması planlaşdırılır-Agentlik

15 min şəxsin bacarıqları üzrə işlə təmin olunması planlaşdırılır-Agentlik

2026-ci ilə qədər 15 min şəxsin bacarıqları üzrə işlə təmin olunması planlaşdırılır. Bunu Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

"Peşə məktəblərində təhsil alanların 5 mini İKT-nin payına düşür. İndiki reallıqlara uyğun olaraq təhsilə yanaşma dəyişməlidir. 5 tələbədən biri İKT sahəsində çalışır. Almaniyada olan dual modelini Azərbaycanda 1000 şagird arasında tətbiq edirik. Belə ki, şagirdlər 3 gün məktəbdə 2 gün iş prosesində öyrənir. 2026-ci ilə qədər 15 min nəfərin bacarıqları üzrə işlə təmin olunmasını hədəfləmişik",- Kərəmov "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Rəqəmsal genetikamız- Sabahın bacarıqları” adlı paneldə çıxışı zamanı deyib.
 
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM