ABŞ-da yaşayan 15 yaşlı məktəbli qız Noa Mintz öz şirkətini qurub, şirkətin xeyli sayda işçisi var və illik qazancı 500 min dollardır.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, N.Mintz 2012-ci ildə uşaq baxıcılığına aid sayt yaradır və adını "Nannies by Noa" ("Noanın dayələri") qoyur. İlk vaxtlar 50 müştərisi olan Mintz indi 200-ə yaxın müştəriyə xidmət göstərir.
Mintz dayələrinə ortalama olaraq, saatı 5 dollardan maaş verir. Əgər kimsə tərifnamə alarsa, yaxşı çalışarsa, o, əməkhaqqısının 15 faizi qədər mükafata layiq görülür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !