15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

15:28 | 04.05.2021
Aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.


Bu barədə Anews.az-a Səbail Rayon Prokurorluğundan məlumat verilib.


Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə "kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilmişdir.


Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM