150 əsgər zəhərləndi

11:52 | 01.09.2014
150 əsgər zəhərləndi

150 əsgər zəhərləndi

Türkiyədə hərbi hissədə 150 əsgər zəhərlənib.ANS PRESS-in məlumatına görə, hadisə Tekirdağın Malkara bölgəsindəki hərbi birləşmələrdən birində qeydə alınıb. Axşam yeməyindən zəhərləndikləri iddia edilən 150 əsgər, ürək bulanma, qusma və baş gicəllənməsi şikayətiylə xəstəxanaya aparılıb. Əsgərlərin bir hissəsi müalicələ aldıqdan sonra hərbi hissəyə göndərilib. Yerdə qalan hissə isə həkim nəzarətində saxlanılıb. Həkimlər 3 əsgərin vəziyyətinin ağır olduğu nəzərə alınaraq Tekirdağ Dövlət Xəstəxanasına sövq edilib. Hərbi ekspertiza əsgərlərin yediyi axşam yeməyindən nümunə götürərək araşdırma aparmağa başlayıb. Faktla bağlı istintaq başladılıb və araşdırmalar aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti