150 ildən sonra prezidentdən üzr istədilər

09:58 | 16.11.2013
150 ildən sonra prezidentdən üzr istədilər

150 ildən sonra prezidentdən üzr istədilər

Pensilvaniyada çıxan «Patriot- News» qəzeti 150 il öncə ABŞ-ın o vaxtkı prezidenti Avraam Linkolnın Gettisberqdəki məşhur çıxışını «axmaqlıq» adlandırmışdı.

 

ANN.Az-ın «BBC»-yə istinadən məlumatına görə, redaksiya heyəti əsr yarımdan sonra bu dəyərləndirmə ilə bağlı üzr istəyib.

 

Qəzetin hazırkı yaradıcı heyəti bildirib ki, 1863-cü ilin noyabrında dərc edilmiş məqalənin müəllifi bu çıxışı vacibliyini anlamayıb.

 

Ölkənin Şimal ilə Cənubu arasında vətəndaş savaşı gedən zaman A.Linkoln amerikalıları «həqiqi azadlığa və bərabər hüquqlu»luğa çağırmışdı.

 

«Patriot-News» indiki baş redaktoru 19 əsrin ortalarında müəllifin ya siyasi ovqatın, ya da alkoqolun təsiri altında bu məqaləni yazdığını ehtimal edir.

 

Pensilvan KİV bir müddət öncə bildirib ki, «The Patriot and Union» qəzeti vətəndaş savaşı illərində cənubluların mövqeyindən çıxış edirmiş. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM