16 Xınalı sahibkarına məişət avadanlıqları verilib

14:44 | 25.09.2023
16 Xınalı sahibkarına məişət avadanlıqları verilib

16 Xınalı sahibkarına məişət avadanlıqları verilib

Qubanın Xınalıq kəndində turistlərə xidmət göstərən 16 sakinə avadanlıqlar verilib.
 
Bildirilir ki, avadanlıqların verilməsi Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində sakinlərə təqdim olunub.

2023-cü ilin sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir. Sentyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı"nın qurumun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM