16 yaşlı qız dönərdən zəhərləndi

11:00 | 27.03.2017
16 yaşlı qız dönərdən zəhərləndi

16 yaşlı qız dönərdən zəhərləndi

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

ANN.Az report-a istinadən xəbər verir ki, Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM