17 vergi işçisi işdən azad edilib - şikayət əsasında

10:32 | 28.12.2013
17 vergi işçisi işdən azad edilib - şikayət əsasında

17 vergi işçisi işdən azad edilib - şikayət əsasında

Bu il ərzində Azərbaycan Vergilər Nazirliyinə vətəndaşlardan «Vergi işçisinin etik davranış kodeksi»nin tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olub.Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, «Vergi işçisinin etik davranış kodeksi»nin tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa xəbərdarlıq elan edilib.  Bu il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə diqqət artırılıb, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının tədris proqramına «Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə işgüzar ünsiyyət etikası və vergi işçisinin etik davranış kodeksi» mövzusu əlavə edilib. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM