Nobel Sülh mükafatının qalibinin adı açıqlanıb. “Qafqazinfo” komitənin rəsmi saytına istinadən xəbər verir ki, mükafat Pakistanda Taliban tərəfindən başından vurulan 17 yaşlı Malala Yusufzayə və Hindistandan olan uşaqların hüquqlarını müdafiə edən fəala - Kailash Satyarthi-yə verilib.Qeyd edək ki, Nobel Komitəsinə 278 namizədin adı daxil olub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək göstərici hesab edilir. Bundan əvvəlki rekord isə 259 nəfər olub. Müraciət edənlərdən 47-si təşkilatlardır. Ekspertlər bu il Sülh mükafatının Roma papası Fransiskə və ya Amerika xüsusi kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snouden veriləcəyini güman edirdilər. Bundan başqa, namizədlər arasında Tunis prezidenti Monsef Mazruki, Rusiya dövlət başçısı Vladimir Putin və Uruqvay prezidentinin də adı vardı.
Onu da əlavə edək ki, namizədlər arasında azərbaycanlı yazıçı Əkrəm Əylisli də vardı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !