"Barselona" Türkiyənin "Kayserispor" klubunun futbolçusu Emre Demiri heyətinə qatıb. "Qafqazinfo" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Gənc oyunçu yeni komandasına bu mövsüm başa çatdıqdan sonra qoşulacaq. "Barselona" bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyib.www.anews.az